atatv.az
atatv.az

Oqtay Əsədov Çin səddini ziyarət edib

22-06-2018, 10:08

Oqtay Əsədov Çin səddini ziyarət edib
Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri davam edir.

MM-in mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrindən hesab olunan Böyük Çin səddini ziyarət edib. Bildirilib ki, insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələrdən olan Çin səddinin inşası e.ə. III əsrdə başlayıb və bir neçə yüz il davam edib. Çinin şərqindən qərbinə doğru uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən hər il milyonlarla turist gəlir.

UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Böyük Çin səddi ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi olmaqla yanaşı, Çin xalqının qürur mənbəyi, habelə ölkənin tarixi rəmzi hesab edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031