atatv.az
atatv.az

Ərdoğana görə 12 nəfər həbs olundu

28-06-2018, 11:48

Ərdoğana görə 12 nəfər həbs olundu
Türkiyənin İzmir şəhər məhkəməsi ölkə prezidenti Rəcəb Tayyip Ərdoğanı təhqir edən 12 nəfər türk vətəndaşının həbsi barədə qərar çıxarıb.

"Anadolu" agentliyi xəbər verir ki, həmin şəxslər prezident seçkilərində Ərdoğanın rəqibi, CHP-dən olan namizəd Muharrəm İncənin İzmirdəki yüz minlərlə insanın toplaşdığı mitinqi ərəfəsində ölkə başçısını təhqir ediblər.
Restoranda olan 12 Türkiyə vətəndaşı içkili halda Ərdoğanın ünvanına təhqirlər səsləndiriblər və onların bu vəziyyətdəki videosu sosial şəbəkələrdə yayılıb.

Həbs olunanlar yüksək vəzifəli dövlət adamlarını təhqir etmə maddəsi ilə ittiham olunublar. Türkiyə qanunvericiliyinə əsasən, yüksək vəzifəli şəxsi təhqir edənlərə pul cəriməsi, yaxud 1 ildən 4 ilədək həbs cəzası nəzərdə tutulur.

Türkiyə müxalifəti iddia edib ki, hökumət bu məsələdən istifadə edərək, Ərdoğanın yürütdüyü siyasətlə razılaşmayanlara qarşı təzyiq həyata keçirir./azvision.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31