atatv.az
atatv.az

Türkiyə prezidenti Azərbaycana gəlib

10-07-2018, 12:51

Türkiyə prezidenti Azərbaycana gəlib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.



APA-nın "haberler.com"a istinadən verdiyi xəbərə görə, Türkiyə prezidentini Heydər Əliyev hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.



Bu, R. T. Ərdoğanın iyunun 24-də keçirilən prezident seçkilərində qələbəsindən sonra ilk xarici səfəridir.



Qeyd edək ki, Türkiyə prezidenti səfər çərçivəsində Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək, daha sonra geniş tərkibdə görüş nəzərdə tutulub. Görüşlərdən sonra ölkə başçılarının mətbuat konfransı gözlənilir.



R. T. Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Şimali Kipr Türkiyə Cümhuriyyətinə yola düşəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930