DYP-dən sürücü valideynlərə müraciət

siyaset
21 sen 2021
14:01
DYP-dən sürücü valideynlərə müraciət

Sabahdan təhsil müəssisələrində dərslər başlayacaq və bu da bəzi məktəblər qarşısında tıxacların baş verməsinə səbəb olacaq.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

“Səbəb odur ki, hər bir sürücü valideyn öz övladını düşünür. Mənim övladım rahat getsin, ictimai nəqliyyat ləngisin. Gərək hər bir şəxs digərlərini də nəzərə alsın. “Görmədim”, “çörək alırdım”, “dərman alırdım” demək heç kimi məsuliyətdən azad etmir", - o vurğulayıb.