atatv.az
atatv.az

"Kanal-13"ün həbsdə olan rəhbəri azadlığa buraxıldı

5-04-2018, 12:20

"Kanal-13"ün həbsdə olan rəhbəri azadlığa buraxıldı
Ali Məhkəmədə "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun kassasiya şikayətinə baxılıb.

Atatv.az xəbər verir ki, vəkil Cavad Cavadlı APA-ya deyib ki, məhkəmə Əziz Orucov barəsində Bakı Apellyasiya məhkəməsinin qərarını qismən ləğv edib.

Ə. Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib və bu qərar şərti cəza ilə əvəzlənib. Onun azadlığa buraxılmasına qərar verilib.

Onun bir neçə saata saxlandığı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılcağı bildirilir.

Qeyd edək ki, Ə. Orucov ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ə. Orucov ittihamları qəbul etmir.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin olunmayıb. Kassasiya şikayəti həmin qərardan verilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930