atatv.az
atatv.az

Tramp: Pornoaktrisaya 130 min dollar verməmişəm

6-04-2018, 11:18

Tramp: Pornoaktrisaya 130 min dollar verməmişəm
ABŞ prezidenti Donald Tramp şəxsi vəkilinin 2016-cı ildə pornoaktrisa Stormi Denielsa (Stefani Klifford) 130 min dollar məbləğində pul ödəməsindən xəbərsiz olduğunu bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Tramp bildirib ki, pornoaktrisanın onunla iddia olunan "yaxın əlaqələri haqqında susması” üçün vəkili Maykl Koenin haradan pul tapıb aktrisaya verdiyini bilmir.

Bu arada, Koen də Danielsə qeyd olunan məbləğdə pulu öz cibindən ödədiyini gizlətmir.

Bundan əvvəl ABŞ məhkəməsi pornoaktrisa Stormi Danielsin, Ağ Ev rəhbərinin hakim qarşısına çıxarılması ilə bağlı müraciətini təmin etməyib.

Aktrisa əmin edir ki, 2006-cı ildə Trampla intim əlaqədə olub və onun vəkili bu barədə susması müqabilində aktrisaya 130 min dollar pul ödəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930