atatv.az
atatv.az

Prezident seçkiləri ilə əlaqədar seçki bülletenləri məntəqələrə paylanılıb

7-04-2018, 17:05

Prezident seçkiləri ilə əlaqədar seçki bülletenləri məntəqələrə paylanılıb
Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar bülletenlər məntəqə seçki komissiyalarına paylanılıb.

“Report”un xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçki bülletenləri səsvermə gününə azı 3 gün qalanadək, yəni aprelin 8-dək məntəqə seçki komissiyalarına paylanılmalı idi.

Artıq bülletenlər dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına göndərilib.

Xatırladaq ki, seçki bülletenləri dairə seçki komissiyalarına aprelin 2-də verilmişdi.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 8 nəfərin Prezidentliyə namizədliyini qeydə alıb. Bunlar Prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930