atatv.az
atatv.az

15 illik təcrübənin nəticəsi - Bu qidalar gözünüzü kor olmaqdan qoruyur

22-10-2018, 22:49

15 illik təcrübənin nəticəsi - Bu qidalar gözünüzü kor olmaqdan qoruyur

Uestmid institutunun bir qrup alimi 15 il davam edən tədqiqatın nəticələrini açıqlayıblar.

Atatv.Az "ölkə.az"-a istinadən bildirir ki, gündəlik olaraq tərkibində nitrat olan tərəvəz qəbulu kor olma riskini aşağı salır.

15 il davam edən təcrübədə Avstraliyanın yaşı 49-dan çox olan 2 min sakini iştirak edib. Məlum olub ki, gündəlik tərkibində 100-142 milliqram nitrat olan tərəvəzləri qəbul edən insanlarda makulodistrofiya riski 35% azalıb. Bu sıraya çuğundur, ispanaq və yaşıl salat daxildir.

Makulodistrofiya gözün sarı ləkəsinin dağılmasıdır. Bu zaman hüceyrələri qidalandıran damarlar məhv edir. Məhz bu xəstəlik yaşlı adamlarda kor olma riskini artırır.

Bir müddət əvvəl isə alimlər müəyyən etmişdilər ki, həftədə bir dəfə sitrus meyvəsi qəbul etmək gözü degenerasiyadan qoruyur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031