atatv.az
atatv.az

Şirkət “yenidənqurma işləri” adı altında işçilərə kompensasiya ödəməkdən imtina edib - GİLEY

21-11-2018, 12:17

Şirkət “yenidənqurma işləri” adı altında işçilərə kompensasiya ödəməkdən imtina edib - GİLEY

Artiq 2 həftədir ki, “Baku Steel Company” şirkətinin 250-yə yaxın işçisini oz hesabına məzuniyyətə göndərdiyi bildirilir. Amma məzuniyyətə göndərilən işçilər bilmək istəyir ki, şirkətdə nə baş verir? Və ödənişsiz öz hesabına məzuniyyətə gondərilmək qanunidirmi?

Hətta məlumata görə, “Baku Steel Company” şirkətinin tərkibində olan “Azərboru” zavodunun işçilərinin də 1aydan sonra oz hesablarına məzuniyyətə buraxılacağı bildirilir.

O da qeyd olunur ki, “Baku Steel Company” şirkətinə daxil olan “Azerboru” zavodunun 450 nəfər işçisi var.

Məsələ ilə bağlı “Baku Steel Company” şirkətinin mətbuat xidmətinin rəhbəri Sevinc Əliyeva “Hürriyyət”ə dedi ki, zavodda yenidənqurma işləri gedir: “İşçilərin məzuniyyətə göndərilməsi bununla bağlıdır”.

“Yenidənqurma işləri görülürsə, o zaman işçiləri ödənişli məzuniyyətə göndərilməli deyilmi” deyə sual etdikdə S.Əliyeva dedi ki: “ Biz bu haqda rəsmi açıqlama vermişik”.

S.Əliyevanın qeyd etdiyi rəsmi məlumatda isə bildirilir ki, zavodun bağlanmasından söhbət gedə bilməz: “Əksinə şirkət “Azərboru” zavodunun yenidən qurulması üzrə çoxmilyonluq investisiya layihəsini həyata keçirir”.

“2017-ci ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Baku Steel Company”yə aid olan “Azərboru” zavodunun açılışı keçirilib. Açılış mərasimində Prezidentə zavodun ilkin yenidən qurulması üzrə ümumi məbləği 36 milyon dollar olan görülmüş işlərin həcmi təqdim edilib. Elə həmin vaxt dövlət başçısı tərəfindən istehsal həcminin 180 min ton nominal gücə qədər artırılması və boruların keyfiyyətinin APİ standartlarına çatdırılması barədə göstərişlər verilib. Bununla əlaqədar 2019-cu ilin yanvar ayından “Baku Steel Company” 25 milyon dollar dəyərində yenidənqurmanın ikinci mərhələsinin həyata keçirilməsi üzrə investisiya proqramına start verəcək. Hazırkı mərhələdə Almaniya, İtaliya, Cənubi Koreya, Türkiyə kimi ölkələrdə hazırlanmış istehsal xətlərinin quraşdırılması nəzərdə tutulur ki, bu da 10 aydan sonra boru istehsalı üzrə illik gücü 180 tona çatdırmağa imkan yaradacaq”, - şirkətdən bildirilib.

O da qeyd olunub ki, yuxarıda sadalanan işlərə görə “Azərboru” zavodunun kollektivinin müəyyən hissəsi əməkhaqqının 67%-nin saxlanması şərtilə müvəqqəti məzuniyyətə göndərilib, digər hissəsi isə yenidənqurma üzrə işlərin görülməsinə cəlb olunacaq.

Картинки по запросу “Baku Steel Company”

“Baku Steel Company” 25 milyon dollar dəyərində yenidənqurmanın ikinci mərhələsinin həyata keçirilməsi üzrə investisiya proqramına start versə belə, işçiləri öz hesabına məzuniyyətə gondərmək heç bir halda doğru deyil. Hər biri ailə başçısı olan adamlar işsiz qaldığı müddətdə ailənin xərclərini hansı pulla təmin etməlidir? Ölkədə insanların sosial durumu hər kəsə bəllidir. Kifayət qədər insan dərman, ərzaq almağa pul tapmır, “Baku Steel Company” isə insanları ödənişsiz məzuniyyətə göndərir. Hələ məzuniyyət adı ilə işdən çıxarılma söhbəti də ola bilər. Ola bilər ki, ödənişsiz məzuniyyətə göndərmək də bir bəhanədir, həmin insanları elə işdən çıxarıblar. Maraqlıdır ki, “Baku Steel Company” 25 milyon dollar dəyərində yenidənqurma işlərinin aparılması barədə açıqlama verdiyi halda, işçilər niyə narahat olub, şirkətdə nə baş verdiyini öyrənmək istəyirlər? Görünür, işçilər işsiz qalacaqlarından ehtiyat edirlər. Ona görə də bu məsələnin yenidən gündəmə gətirilməsini xahiş ediblər.

Əslində, Əmək Məcəlləsinin 111-ci maddəsinin (Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları) 2-ci bəndinə görə Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər.

Doğrudur, Əmək Məcəlləsində ödənişsiz məzuniyyət növü var və bundan istifadə hüququ nəzərdə tutulub. Ancaq bu işçilərin öz xahişləri əsasında müəyyən hallar üçün nəzərdə tutulub. Ancaq “Baku Steel Company”nin işçiləri öz xahişləri ilə məzuniyyətə çıxmayıblar, göndəriliblər. Ona görə də onların sosial təminatı nəzərə alınmalıdır və onlara məzuniyyətdə olduqları üçün vəsait ödənilməlidir.

Əslində, “Baku Steel Company”nin oz hesabına məzuniyyətə göndərdiyi 250-yə yaxın işçisini sosial durumunu diqqətdə saxlamaq həmkarlar ittifaqlarının borcudur. Çünki işçilərin əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqları var. Buna görə işçilər onlara əmək haqqının bir faizi miqdarında birdəfəlik üzvlük haqqı verirlər və həmin həmkarlar ittifaqları da bu problemin həllinə yardımçı olmalıdırlar. O zaman sual olunur ki, müvafiq həmkarlar ittifaqları 250-yə yaxın işçisinin durumu ilə niyə maraqlanmır?
Hurriyyet.org






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930