atatv.az
atatv.az

28 May Çikaqoda “Azərbaycan Milli Günü” elan edilib

17-04-2018, 10:13

28 May Çikaqoda “Azərbaycan Milli Günü” elan edilib
ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqo şəhərinin meri Rahm Emanuel Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat verib.



Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.



Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququnun verilməsini təmin edib.



Eyni zamanda sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanıb.



Qeyd edilib ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır. Bəyanatda, bu il, 28 may tarixində Çikaqoda və dünyanın digər yerlərində yaşayan Azərbaycanlılar tərəfindən Milli Gün olaraq Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı qeyd edilib.



Sonda şəhərin meri Rahm Emanuel imzaladığı bəyanatda 2018-ci il 28 may tarixini Çikaqoda Azərbaycan Milli Günü elan edib və bütün Çikaqo sakinlərini Azərbaycan xalqının çoxsaylı töhfələrini qeyd etməyə çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930