atatv.az
atatv.az

Ağ Ev: Tramp hələ də Putinlə görüşmək istəyir

17-04-2018, 10:43

 Ağ Ev: Tramp hələ də Putinlə görüşmək istəyir
ABŞ prezidenti Donald Tramp hələ də Amerika qoşunlarının Suriyadan çıxarılmasını istəyir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

Bununla belə, o qeyd edib ki, qoşunların Suriyadan çıxarılması müddəti hələ müəyyənləşdirilməyib.

Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyir. Lakin belə bir görüş hələ gözlənilmir.

Qeyd edək ki, ABŞ, Fransa, Britaniya bir neçə gün əvvəl Suriyaya raket zərbəsi endiriblər. Hər üç dövlət bunu Suriya hakimiyyətinin kimyəvi silahdan istifadəsi ilə əsaslandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930