atatv.az
atatv.az

Lavrov: "Putinlə Tramp Rusiya-ABŞ hərbi qarşıdurmasına imkan verməyəcəklər"

20-04-2018, 12:45

Lavrov: "Putinlə Tramp Rusiya-ABŞ hərbi qarşıdurmasına imkan verməyəcəklər"
“Vladimir Putin və Donald Tramp Rusiya-ABŞ hərbi qarşıdurmasına imkan verməyəcəklər”.



APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya seqodnya” agentliyinə müsahibəsində deyib.



O bildirib ki, hər iki prezident öz xalqları tərəfindən seçilmiş liderlərdir, onlar xalqları qarşısında sülh və əmin-amanlığa cavabdehdirlər.



S. Lavrov Donald Trampın Vladimir Putini Ağ evə dəvət etməsi məsələsinə də münasibət bildirib: “Donald Tramp telefon danışığı zamanı Vladimir Putini Ağ evə dəvət edib. Cavab səfəri zamanı da görüşməkdən məmnun olacağını bildirib. Belə bir görüşə hələlik hazırlıq getmir. Lakin Rusiya prezidenti bu görüşə hazırdır”.



S. Lavrov Şimali Koreya və Cənubi Koreya liderlərinin, həmçinin Donald Trampın Kim Çen Inla görüşünü şərh edərək deyib ki, Rusiyanın bu hər hansı təşəbbüs irəli sürməli olduğunu düşünmür: “Biz iki Koreya dövləti liderləri arasında apreldə baş tutacaq görüşü, həmçinin may-iyun aylarında nəzərdə tutulmuş Tramp-Kim Çen In görüşünü alqışlayırıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930