atatv.az
atatv.az

Putin Əsədə S-300 raketlərini göndərəcək

23-04-2018, 15:52

Putin Əsədə S-300 raketlərini göndərəcək
Rusiya qısa zaman kəsiyində Suriya ordusunu S-300 "Favorit" zenit-raket kompleksi ilə təchiz edəcək. FaktXəbər bildirir ki, bu barədə "Kommersant" qəzeti yazıb.

Qəzetin yazdığına əsasən, ABŞ, İngiltərə və Fransanın Suriya ərazisinə endirdiyi raket zərbələri bu prosesi daha da sürətləndirib.

S-300 raketləri Suriya ərazisini ehtimal olunan hücumlardan qoruyacaq, paytaxt Dəməşq və hərbi aerodromların təhlükəsizliyini təmin etməyə imkan verəcək.

Bildirilir ki, zenit-raket kompleksi, o cümlədən radiolokasiya stansiyaları, nəqliyyat-dolduran maşının buraxılış qurğusu və idarəetmə məntəqələri hava və dəniz yolu ilə yaxın vaxtlarda Suriya ərazisinə gətiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031