atatv.az
atatv.az

Cəlilabad İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb

10-05-2018, 12:12

Cəlilabad İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

“Report”un Aran bürosunun məlumatına görə, icra başçısının birinci müavini Vidadi Dövlətov işdən çıxarılıb. Onun yerinə Mansur Məmmədov təyin olunub.

Bu təyinata qədər M.Məmmədov Cəlilabad rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bundan başqa, Alıcı Dilavərov da icra başçısının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifələrinə təyinat alıb.

Bu təyinata qədər Alıcı Dilavərov Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı Cəlilabad rayon ərazi şöbəsinin müdiri vəzifəsində çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031