atatv.az
atatv.az

Lerikdə avtomobil dərəyə aşıb, üç nəfər xəsarət alıb

14-08-2019, 15:30

Lerikdə avtomobil dərəyə aşıb, üç nəfər xəsarət alıbLerik rayonunda yol qəzası baş verib.

atatv.az “Report”a istinadən məlumatına görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Babəli Canəli oğlu Məhərrəmovun idarə etdiyi “Lexus” markalı minik avtomobili dağlıq ərazidə yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 2004-cü il təvəllüdlü Seyidəli Babəli oğlu Məhərrəmov və 2000-ci il təvəllüdlü Müseyib Baləddin oğlu Cahangirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vəziyyəti daha ağır olan sürücü Reanimasiya, digərləri isə Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829