atatv.az
atatv.az

Koronavirusa yoluxan məşhur aktyorun ayağı amputasiya olundu

20-04-2020, 17:30

Koronavirusa yoluxan məşhur aktyorun ayağı amputasiya olundu

Koronavirusa yoluxan Toni mükafatı laureatı, tanınmış aktyor Nik Korderonun ayağı amputasiya olunub.

CNN xəbər verir ki, virusa görə vəziyyəti ağırlaşan aktyor sağ ayağından əməliyyat olunub.

Arvadı Amanda Kluts ərinin iki həftədən artıq virusla mübarizə apardığını deyib. Onun sözlərinə görə, N.Korderonun qəbul etdiyi dərmanlar onun qan təzyiqinə pis təsir edib, ayağında qanın laxtalanmasına, bağırsaqlarında daxili qanaxmaya səbəb olub.

Aktyorun vəziyyəti cərrahi əməliyyatdan sonra yaxşılaşmağa başlayıb. Dostları xəstəxana xərclərini öz üzərilərinə götürüblər. A.Kluts sosial hesabından dəstək olan hamıya təşəkkürünü bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930