atatv.az
atatv.az

Şəbnəm Tovuzlu: Qoy Familin arvadı pis olsun, mənim o boyda "həcim" var

26-10-2018, 13:20

Şəbnəm Tovuzlu: Qoy Familin arvadı pis olsun, mənim o boyda "həcim" var
Şəbnəm Tovuzlu müğənni həmkarı Vəfa Şərifovanın ana olması haqda danışıb.
Müğənni AZXEBER.COM-a açıqlamasında deyib ki, Vəfanın uşağının atasının kimliyi onu maraqlandırmır: "Bəzi saytlar yazır ki, Vəfanın Famildən uşağı olub və Şəbnəm şokdadır (gülür). Şəbnəm niyə şoka düşsün ki? Qoy Familin öz arvadı bu xəbərdən şoka düşsün, mənim həcimə nə gəlib? (gülür) Boş xəbərlərdi də, fikir verməyin".

Şəbnəm hazırda Rusiyada olduğunu da deyib: "Mən 5 gündür ki, Rusiyanı şəhər-şəhər gəzirəm, burada konsertlərim var. Belə xəbərləri isə sadəcə gülürəm, qoy bu xəbərə də bəziləri şok olsun".

Xatırladaq ki, olke.az saytının yazdığına görə, müğənni Vəfa Şərifovanın qız övladı dünyaya gəlib. Məlumata görə, uşağın atası bir müddət öncə adı Şəbnəm Tovuzluyla hallanan Famil Xəlilovdur. Saytın yazdığına görə, hələ bir müddət öncə V.Şərifovayla Şəbnəm Tovuzlu (Əsədova) arasında münasibətlər məhz F.Xəlilova görə gərginləşmişdi. Belə ki, uzun müddət onunla vətəndaş nikahında yaşayan Xəlilovun başqa bir sənətçiylə münasibətini qəbul edə bilməyən Ş.Tovuzlu Vəfayla danışmırdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930