Bakıda dəhşətli qəzada ölənlərin GÖRÜNTÜLƏRİ YAYILDI (VİDEO)

video
13 okt 2021
10:04
Bakıda dəhşətli qəzada ölənlərin GÖRÜNTÜLƏRİ YAYILDI (VİDEO)

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bu səhər Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində baş verən qəzada yaralanan şəxslər haqda məlumat yayıb.

Stansiyadan verilən məlumata görə, aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən, 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb.

Qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Bu barədə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, ilkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb.