atatv.az
atatv.az

Hadı Rəcəbli prezidentin qələbəsini belə qeyd etdi - VİDEO

14-04-2018, 14:15

Hadı Rəcəbli prezidentin qələbəsini belə qeyd etdi - VİDEO
Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkilərində prezident İlham Əliyevin yenidən xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilməsi ölkəmizin hər yerində bayram əhval-ruhiyyəsi yaradıb.

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, belə şənliklərdən biri də Xətai rayonu dairə seçki komissiyasının qarşısında olub. Seçkinin nəticələrinin elan edilməsindən sonra ora toplaşanlar şən musiqi sədaları altında rəqs ediblər. Bunların arasında deputat Hadı Rəcəbli də olub. O, İlham Əliyevin qələbəsindən duyduğu sevinci rəqs etməklə ifadə edib. Deputat aşıq Əhlimanın oxuduğu "Sənin kimi gözəl sona, hansı dəryada, göldə var...” mahnısının sədaları altında rəqs edib. Hadı Rəcəblinin digər deputatların əhatəsində bayram rəqsinin videogörüntüləri sosial şəbəkələrdə sürətlə populyarlıq qazanıb.

Həmin kadrları təqdim edirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930