Bakı-Qəbələ qatarı üçün biletlərin qiymətləri yaxın vaxtlarda açıqlanacaq

cemiyyet
18 may 2021
11:34
Bakı-Qəbələ qatarı üçün biletlərin qiymətləri yaxın vaxtlarda açıqlanacaq

Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib.

Bu barədə “Azərbaycanda Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova deyib.

O qeyd edib ki, qatar istifadəyə tam hazırdır:

“Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb. Buna görə Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib”.

N.Bayramova Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat verəcəyini bildirib.

“Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm rəsmi saytınızda, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik”.