Yerevanın mərkəzində Polad Həşimovla Elşad Məmmədovun adına küçə - Foto

dunya
10 apr 2021
18:11
Yerevanın mərkəzində Polad Həşimovla Elşad Məmmədovun adına küçə - Foto


Google Maps xəritələrində Yerevanın mərkəzi küçələrinə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla Elşad Məmmədovun adları verilib.

Bu barədə “Çiçəklənən Ermənistan” parlament fraksiyasından olan deputat Naira Zoqrabyan “Facebook” səhifəsində yazıb.

“Faktiki olaraq, mən hazırda Polad Həşimov küçəsində yaşayıram. Siz hələ də türklərlə sülhü təbliğ edin”, – deyə Zoqrabyan qeyd edib.

Qeyd edək ki, Polad Həşimovla Elşad Məmmədov 2020-ci ilin iyulunda Tovuz döyüşlərində şəhid olublar.

Yerevanın mərkəzində Polad Həşimovla Elşad Məmmədovun adına küçə - Foto
17.05.2021
16:51
Yoluxma sayı azalır