Türkiyədə insan qaçaqçılığı ilə məşğul olan 63 nəfər saxlanılıb

dunya
4 iyun 2024
12:05
Türkiyədə insan qaçaqçılığı ilə məşğul olan 63 nəfər saxlanılıb

Türkiyədə həyata keçirilən əməliyyat nəticəsində insan qaçaqçılığı ilə məşğul olan 63 nəfər saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Bildirilib ki, əməliyyatlar Muğla, Van, Çanaqqala və Şırnak olmaqla ölkənin dörd vilayətində “Kalkan 23” kod adı altında keçirilib.

Əməliyyat zamanı Vanda 125 qanunsuz miqrant tutulub.

Qeyd edək ki, bu gün gecə saatlarında İzmir vilayətində daha 110 miqrant saxlanılıb.
14.07.2024
10:24
Bakıda restoran yandı