Danimarkanın Baş naziri hücuma məruz qalıb

dunya
8 iyun 2024
07:37
Danimarkanın Baş naziri hücuma məruz qalıb

Danimarkanın Baş naziri Mette Frederiksen Kopenhagenin Kultorve küçəsində naməlum şəxsin hücumuna məruz qalıb.

Atatv.az ölkənin yerli KİV-lərinə istinadla xəbər verir ki, Kopenhagen polisi Baş nazirin hücuma məruz qaldığını təsdiqləsə də, onun yaralanıb-yaramadığı barədə heç bir məlumat verməyib.

Hadisə şahidlərinin sözlərinə görə, hücum saat 18:00 radələrində kafenin yaxınlığında baş verib.

Hücumda şübhəli bilinən şəxs saxlanılıb.
14.07.2024
10:24
Bakıda restoran yandı