Yunanıstanda anomal istilər səbəbindən Akropol bağlanıb

dunya
13 iyun 2024
13:59
Yunanıstanda anomal istilər səbəbindən Akropol bağlanıb

Yunanıstanda anomal istilər səbəbindən məktəblərdə məşğələlər dayandırılıb və Afina Akropolu bağlanıb.

Yunanıstanın hakimiyyət orqanları müəssisələrə işçiləri məsafədən iş rejiminə keçirməyi tövsiyə edib. Həmçinin anomal istilər səbəbindən tibbi işçiləri səfərbər olunub.

Şimali Afrikadan gələn isti hava kütlələri və tozlu küləklər səbəbindən Yunanıstanın bəzi rayonlarında temperaturun 43 dərəcəyə çatacağı gözlənilir. Hazırkı dalğa bu il ölkə ərazisində qeydə alınan ilk anormal istilərdir. Əvvəllər bu cür istilər yayın ortalarında baş verirdi və iyunun 15-dən əvvəl heç vaxt müşahidə olunmurdu.
14.07.2024
10:24
Bakıda restoran yandı