Media: Baltik dənizində dörd sualtı kabel sıradan çıxıb
dunya
27-12-2024, 14:28
Baltik dənizinin dibi ilə Finlandiyadan çıxan ümumilikdə dörd rabitə kabelinin fəaliyyəti dayanıb.
atatv.az xəbər verir ki, Yle telekanalının məlumatına görə, Helsinki və Tallini (Estoniya) birləşdirən iki sualtı kabel Finlandiyanın “Elisa” kompaniyası tərəfindən çəkilib, eyni marşrut üzrə üçüncü kabel Çinin “CITIC Telecom” kompaniyasına məxsusdur. Dördüncü kabel isə Helsinkini Almaniyanın Rostok şəhəri ilə birləşdirir.
Finlandiyanın “Traficom” nəqliyyat və rabitə agentliyi “Elisa” kompaniyasının kabellərinin qırıldığını, digər iki kabelin isə zədələndiyini bildirib. Hazırda rabitə kabellərinin sıradan çıxmasının səbəbləri araşdırılır.
Qeyd edək ki, dekabrın 25-də rabitə kabellərinin istismarının dayandırılması ilə eyni vaxtda Finlandiya ilə Estoniya arasındakı “Estlink 2” elektrik kabeli də zədələnib. Estoniya və Finlandiyanın hakimiyyət orqanları kabellərin Kuk adaları bayrağı altında üzən “Eagle S” tankerinin lövbəri tərəfindən zədələndiyini istisna etmirlər.