Cənab Prezidentin qətiyyətli addımları müzəffər ordumuzun parlaq qələbələr əldə etməsinə səbəb oldu

gundem / siyaset
12 noy 2020
11:00
Cənab Prezidentin qətiyyətli addımları müzəffər  ordumuzun parlaq qələbələr  əldə etməsinə   səbəb oldu

Hər kəsə bəllidir ki, düşmən tapdağından tam şəkildə azad etməyə çalışdığımızDağlıq Qarabağda və onun ətraf ərazilərindəki torpaqlarımız, məhz özünün qeyri-adi gözəlliyi, relyefi, füsunkar təbiəti,coğrafi quruluşu və s. ilə diqqəti cəlb edən ərazilərdən biri olmaqla bərabər, həm dədoğma Azərbaycanımızın ayrılmaz bir hissəsidir. Belə bir səbəblər üzündəndir ki, 1988-ci ildə baş verən məlum hadisələrindən sonra mənfur qonşumuz olan Ermənistanın işğalçılıq siyasəti nəticəsində həmin əraziləri müvəqqəti itirməli olduq. Ötən otuz ilə yaxın müddət ərzində erməni qəsbkarlarının tapdaqları altında qalantorpaqlarımız viran edildi, yaşayış məntəqələrimiz yandırıldı, əhali öz dədə-baba torpaqlarından didərgin düşdü, çoxları qətlə yetirildi, əksəriyyəti olmazın işgəncələrə, məşəqqətlərədüçar oldular. Bir sözlə, ələ keçirilmiş torpaqlarımızın hər qarışında erməni barbarlığı, erməni vandalizmi özünü göstərdi. Bütün bunlar azmış kimi, hətta ötən illər ərzində faşist ideologiyası ilə silahlanmış bədxah qonşumuzdigər ərazilərimizdə də dövlət sərhədlərimizi pozdular, çoxsaylı təxribatlar törətdilər. Baş verən təxribatlardan biri də, məhz bu ilin 12 iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələr oldu. Yəni,işğalçı erməni silahlı qüvvələri tərəfindən Azərbaycan mövqelərinə qəflətən ağır artilleriya zərbələri endirdi və belə bir gözlənilməz zərbələr nəticəsində bir neçə hərbçimiz həlak oldu, bir neçəsi isə yaralandı. Düzdür, ilk əvvəl düşmən tərəfi Azərbaycanı baş verən təxribatın səbəbkarı kimi göstərməyə cəhd etsə də, çox keçmədi ki, işğalçı ölkənin bu yöndə atdığı hər bir addım “fiasko”ya uğradı. Çünki, bizim heç bir dövlətin ərazisində, o cümlədən mənfur qonşumuzun ərazisində də hər hansı hərbi əməliyyat keçirmək fikirimiz yoxdur. Onu da qeyd edim ki, işğalçı Ermənistanın günahı ucbatından baş verən təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyasını dəyişmiş hərbçilərimizin intiqamını birəbeş aldılar, şəhidlərimizin qanı yerdə qalmadı, bir sözlə düşmən qüvvələrinə elə bir sarsıdıcı zərbələr endirildi ki, onlar həmin zərbələrin təsiriniheç zamanyaddan çıxara bilməyəcəklər.Düşmən tərəfin təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov, Azərbaycanın Silahlı Qüvvələrində çox böyük hörmətə malik bir şəxs idi və o, 2016-cı ilin aprel döyüşlərində misilsiz qəhrəmanlıqlar da göstərmişdi. Belə bir addımlarına görə, general-mayor Polad Həşimov yüksək dövlət ordeni ilə təltif olunmuşdu. 12-14 iyul hadisələri zamanı düşmənin onlarla hərbçisi məhv edildi, xeyli sayda döyüş texnikası sıradan çıxarıldı, sərhədboyu ərazilərdə yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın olundu, bir neçə postları, istehkam nöqtələri və s. yox edildi. Son 44 gün ərzində aparılan uğurlu döyüş əməliyyatları zamanı, məhz Azərbaycan Ordusu bir daha öz üstünlüyünü qoruyub saxlamaqda davam etdi. O halın varlığını da qeyd edim ki, illər keşsə də istər 2016-cı ilin aprel hadisələri, istərsə də 12-14 iyul hadisələri Azərbaycan Ordusunun şanlı tarixində hər zaman xüsusi yer tutacaq. Xatırlayaq ki, 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı zamanı da, onmin hektardan çox torpaq sahəsi ordumuz tərəfindən nəzarətə götürüldü və işğalçılar həmin ərazilərdən qovuldular.
Cənab Prezidentin qətiyyətli addımları müzəffər  ordumuzun parlaq qələbələr  əldə etməsinə   səbəb oldu
Yaddan çıxartmaq olmaz ki, mənfur erməni tərəfi təxribat hadisələrini törətdikləri zamanheç də çirkin əməllərindən əl çəkmədilər. Yəni, onlar mülki şəxslərin yaşadıqları əraziləriağır artilleriyadan atəşə tutdular və onlara qarşı törədilən belə bircinayətlər onu göstərdi ki, Ermənistan işğalçı dövlət olmaqla bərabər, həm dəfaşist dövlətidir. Bu dövlət heç zaman açıq döyüşlər zamanı şanlı Azərbaycan ordusu üzərində qələbə əldə bilməyib. 1992-1993-cü illərdən fərqli olaraq Silahlı Qüvvələrimizin son 44 gün ərzindəhəyata keçirdiyi uğurlu döyüş əməliyyatları, məhz Azərbaycan dövlətinin və onun ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyin möhkəmliyini göstərdi.

O da tam əksəriyyətə bəllidir ki, Ermənistandaxaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən quldur dəstə, məhz iki il bundan əvvəl hakimiyyəti ələ keçirdikdən sonra, xalqa bir çox vədlər vermişdilər. Fakt ondan ibarətdir ki, Nikol Paşinyan hakimiyyət başına gəldikdən sonra Ermənistanda demokratik dəyərlər daha çox tapdaqlar altına atıldı, Venesiya Komissiyasının tövsiyələri rədd olundu, siyasi opponentlərə qarşı təqiblər daha da artırıldı. Belə bir səbəblər üzündən də, işğalçı ölkənin siyasi rəhbərliyinə hansısa böhranlı vəziyyət lazım idi ki, ictimai fikiri əsas məsələlərdən yayındıra bilsin. Buna görə də, onlar ötən müddət ərzində düşünülmüş şəkildə çoxsaylı təxribatlara əl atdılar.Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində 12 iyulda başlayan və iki gün ərzində davam edən erməni təxribatı, bir daha işğalçı ölkənin hansı cılız simaya, hansı cılız hissiyata sahib olduğunu təsdiq etdi. Yəni, həmin günlərdə Tovuz rayonunun sərhəd kəndlərində, ələlxüsus Ağdam və Əlibəyli kəndlərində, həmçinin digər yaşayış məntəqələrinə yaxın ərazilərdə düşmən tərəfi müəyyən təxribatlara əl atmaqla, məhz müəyyən məkrli planlarını həyata keçirmək niyyətinə düşmüşdülər. İşğalçı ölkənin bu cür iyrənc addımlarına şanlı Azərbaycan ordusunun döyüşkən qüvvələri tutarlı cavab verdilər və 2016-cı ilin aprel hadisələri zamanı verdikləri “ibrət dərsi”ni bir daha onlara “xatırlatdılar”. Bəli, ötən illər ərzində Azərbaycanın Silahlı Qüvvələri kifayət qədər təkmilləşmiş, döyüş ruhu birəbeş artmış, hər cür texniki avadanlıqlarla, silah növləri ilə təmin olunmuş, bir sözlə lazımi təminatları tam şəkildə ödənilmişdir. Ona görə də, bu gün ordumuzdaruh yüksəkliyi, döyüşkənlik əzmi ən yüksək səviyyədədir. Bütün bunların kökündə isə ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğının varlığı durur. Yəni, onu vurğulamaq istəyirəm ki, ötən illər ərzində cənab Prezidentin, bütövlükdə dövlətimizin Silahlı Qüvvələrimizə qarşı yanaşması, məhz bugünkü uğurlarımızın əldə olunmasına əsas səbəb oldu. Müəyyən məlumatlara görə hal-hazırda Ermənistanın bəzi şəhərləri, iri yaşayış məntəqələri, kəndləri və s. boşalır, Azərbaycan vətəndaşları isə, məhz öz torpaqlarında ləyaqətlə yaşamaqda davam edirlər.

İşğalçı Ermənistandan fərqli olaraq, bu gün ölkəmizdəki durum hər kəsin gözləri önündədir. Belə ki, ötən illər ərzində dövlətimizin iqtisadi cəhətdən inkişaf etməsi ordumuzun döyüşkən bir orduya çevrilməsinə səbəb oldu. Son 44 gün ərzində DQ-da və onun ətraf ərazilərində davam edən uğurlu döyüş əməliyyatları onu göstərdi ki, Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa və düşmən qüvvələrinə layiqli cavab verməyə qadir bir ordudur. Yada salaq ki, əgər 90-cı illərin əvvəllərində ordumuz pərakəndə halda idisə, bu gün vahid komandanlıq altında birləşmiş Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, istənilən həmləsinə layiqli cavab verir. Bundan əlavə, ölkəmizdə xalq-iqtidar, xalq-ordu birliyinin güclü olması, birbaşa ordumuzun döyüş ruhunu artıran əsas səbəblərdir. Məsələn, otuz ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızda Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları bir daha sadaladıqlarımızı təsdiq edir. Adicə bir faktı qeyd edək ki, bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində düşmən təxribatı baş verən zaman minlərlə paytaxt sakini mərkəzi küçələrdə izdihamlı aksiya keçirib Azərbaycan ordusuna, Ali Baş Komandana, dövlətə dəstəklərini ifadə etdilər, əllərində Azərbaycan bayrağını tutub himnimizi oxudular və “Qarabağ!”, “Orduya dəstək!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndirdilər. 44 gün ərzində düşmən tapdağı altında qalan torpaqlarımızdan gündəlik qələbə xəbərlərini eşitdik. Bu cür xəbərlər həm ordumuzda, həm də hər kəsdə döyüş əzmini birəbeş artırdı. Fakt budur ki, Azərbaycan Ordusu 27 sentyabrdan indiyə kimi itirilmiş torpaqlarımızın daha çox hissəsini geri qaytarmış və mənfur düşmənə sarsıdıcı zərbələr də endirmişdir. Bu gün cəbhə bölgəsində məğlub olduqlarını açıq şəkildə etiraf edən düşmən ölkədə fərarilik, anarxiya, xaos və s. baş alıb getməkdədir. Bütün bunlar onu söyləməyə əsas verir ki, savadsız və erməni xalqını uçuruma sürükləyən Nikol Paşinyan, bundan sonra hansısaaddımını ata bilməyəcək. Çünki, “məğlubedilməz erməni” mifi artıq tamamilə yoxedilib və düşmən ölkənin əsl xisləti aşkara çıxıb. Bir anlığa diqqət yetirək ki, cəbhədə Azərbaycan ordusunun müqavimətinə duruş gətirə bilməyən erməni ordu birləşmələri, 27 sentyabrdan son günlərə kimi mülki insanları ağır artilleriya qurğularından atəşə tutmaqda davam etdilər. Bu da birbaşa erməni faşizmi, erməni barbarlığı demək oldu və işğalçı Ermənistan atdığı addımları ilə özünün terrorçu dövlət olduğunu, faşist ideologiyasına xidmət etdiyini sübuta yetirdi. Baş verən belə bir olayların fonunda Azərbaycan haqq səsini bütün dünyaya çatdırsa da, təəssüflər olsun ki, ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər, BMT, Avropa Birliyi, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlar və s. sərt şəkildə Ermənistanın işğalçılıq siyasətini pisləyib konkret mövqelərini ortaya qoymadılar, bu ölkəyə lazımi səviyyədə təzyiq göstərmədilər. Bütün bunlara baxmayaraq, artıq yavaş-yavaş beynəlxalq birliyin Azərbaycana qarşı münasibəti dəyişməkdədir. Çünki, bu günonlar da həqiqəti dərk etməyə, apardığımız haqq mübarizəsini müdafiə etmək zorunda qalıblar.
Cənab Prezidentin qətiyyətli addımları müzəffər  ordumuzun parlaq qələbələr  əldə etməsinə   səbəb oldu
Bəli, işğalçı Ermənistan atdığı addımları ilə hər zaman özünün terrorçu, faşist dövlət olduğunu sübuta yetirib. Yəni, düşmən tərəfi ağır artilleriya qurğularını mülki insanların yaşadıqları yaşayış məntəqələrinin yaxınlığında məqsədli şəkildə yerləşdirirdilər ki, Azərbaycan ordusu cavab atəşi açdıqda, onlar da mülki insanları atəşə tuta bilsinlər. Yada salaq ki, BMT-nin Təhlükəsizlik Şurası işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın işğalçı ordu birləşmələrinin qeyd-şərtsiz çıxarılmasına dair 12 noyabr 1993-cü ildə 884 saylı, 30 aprel 1993-cü ildə 822 saylı, 29 iyul 1993-cü ildə 853 saylı və 14 oktyabr 1993-cü il tarixdə isə 874 saylı Qətnamələri təsdiq etsə də, təəssüflər olsun ki, indiyə kimi həmin qətnamələr icra olunmadı və Qətnamələrin icra olunmamasının müəyyən səbəbləri də oldu. Bütün bunlara baxmayaraq, 27 sentyabrdan müzəffər Azərbaycan ordusu DQ-da və onun ətraf ərazilərində uğurlu döyüş əməliyyatları həyata keçirməklə, məhz BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi Qətnamələri təkbaşına yerinə yetirdi və atdığı addımları ilə “canlı tarix” də yazdı. Baş verənlər onu sübut edir ki, Silahlı Qüvvələrimiz dünyanın ən nüfuzlu və mötəbər bir qurumunun görməli olduğu vəzifəni, məhz təkbaşına, öz qətiyyəti və döyüşkən ordusunun gücü sayəsində yerinə yetirməyə məcbur oldu.

Diqqəti cəlb edən hal odur ki, istər bu ilin 12-14 iyulunda, istərsə də 27 sentyabrında Ermənistan tərəfinin qol qoyduğu təxribatlar Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı və sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, cəbhə bölgəsinə getmək, silaha sarılıb itirilmiş torpaqlarımızı işğaldan azad etmək və s. kimi çağırışlar səsləndirildi. Bəli, bu cür çağırışlar, bu cür yanaşmalar Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin, torpağa bağlılıq duyğusunun ən yüksək səviyyədə olduğunu göstərdi və xalqımız belə bir tarixi vaxtlarda həmrəylik nümayiş etdirdi, gənclərin çoxu könüllü orduya yazılmaq istəyini ortaya qoydular. Bütün bunlar onu göstərdi ki, xalqımızın mübarizə əzmi heç də sınmayıb və hər kəs bu gün də Ali Baş Komandanın, Silahlı Qüvvələrimizin yanındadır.
Əsas məqamlardan biri də ondan ibarətdir ki, 27 sentyabrdan sonrakı günlərdə bəzi ölkələr baş verənlərdən öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışdılar. Yəni, qüdrətli Azərbaycan ordusunun işğalçı ordu birləşmələrinə sarsıdıcı zərbələr endirdiyi vaxtlarda, məhz həmin qüvvələr yenə də əxlaqdan, mənəviyyatdan kənar olduqlarını nümayiş etdirirlər. Dərk etmək lazımdır ki, bu gün Azərbaycan güclü dövlətdir vəonun güclü ordusu var. Yəni, onlar heç cür dərk etmək istəmədilər ki, indi 1990-cı illər deyil. Fakt ondan ibarətdir ki, hal-hazırda Silahlı Qüvvələrimiz bütün cəbhəboyu ərazilərdə ümumi vəziyyətə nəzarət edir və Ermənistanın işğalçı ordusuna son 44 gün ərzində sərt formada cavab da verib. Unutmayaq ki, bugünkü hadisələrə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Düşünürəm ki, Ermənistanın bügünkü riyakar və sərsəm baş naziri Nikol Paşinyan bundan sonra hansı addımlarını atırsa atsın, o, heç bir halda özünü və ələ keçirdiyi hakimiyyətini düşdüyü burulğandan xilas edə bilməyəcək. Odur ki, quldur xunta rejiminin başçısı birdəfəlik başa düşməlidir ki, Qarabağ Azərbaycandır!
Cənab Prezidentin qətiyyətli addımları müzəffər  ordumuzun parlaq qələbələr  əldə etməsinə   səbəb oldu
Bəli, bu gün xalqımız “ağı qaradan” seçməyi bacarır və kimin kim olduğunu yaxşı dərk edir. Yəni, hər kəs görürdü ki, cənab Prezident ötən illər ərzindəDQ probleminin sülh yolu ilə, heç bir qan tökmədən, heç bir şəhid qurban vermədən həll etməyə çalışırdı. Təəssüflər olsun ki, işğalçı Ermənistanla bərabər beynəlxalq birlik də, məhzproblemin həllində haqq yolunu tutmadılar, ədaləti bərpa etməyə çalışmadılar, bir növ məsələni dondurmağa çalışdılar. Son anda danışıqların əhəmiyyətsiz olduğunu və heç bir nəticə vermədiyini görən cənab Prezident siyasi iradə nümayiş etdirdi və erməni tərəfinin 27 sentyabrda başladığı təxribatına tutarlı cavab vermək qərarına gəldi. 44 gün ərzində Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində “yenilməz erməni” mifi tamamilə altüst edildi və Silahlı Qüvvələrimiz düşmən qüvvələrini darmadağın etdi. Belə bir vaxtlarda hər kəs ölkə rəhbərinin yanında oldu, ordumuza dayaq olduğunu əməli addımları ilə sübuta yetirdi. Çünki, bizim həmrəyliyimiz, məhz bizim gücümüzün qüdrətini ortaya qoydu. Odur ki, bundan sonra da həmrəy olmalıyıq ki, ümumi işlərimizdə qalib ola bilək. Bu gün ölkə rəhbəri cənab İlham Əliyevelə bir müdrik, elə bir yetkin idarəçiliyini həyata keçirir ki, atılan hər bir addımda xalqımızın, dövlətimizin ümumilli maraqlarının təmin olunması daim öndə tutulur. Çünki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı hər an siyasi iradə nümayiş etdirir, qətiyyətli addımlarını atır, bütün təpkilərə, təzyiqlərə sinə gəlib yenilməz dövlət başçısı olduğunu əməli addımları ilə sübuta yetirir. Bəli, cənab Prezident böyük sərkərdədir və o, rəhbərlik etdiyi hər bir döyüş əməliyyatının müharibə qanunları çərçivəsində həyata keçirilməsinin tərəfdarıdır. Faktdır ki, son günlərə kimiAzərbaycan ordusu təkbaşına düşmənin hərbi obyektlərini darmadağın etdi, düşmən tərəfi isə mülki obyektləri atəşə tutdu. Əslində, erməni işğalçı ordu birləşmələrinin belə bir addımları müharibə cinayətidir və müharibə qanunlarının tapdaqlar altına atılması deməkdir. Artıq imzalanmış sənədlər əsasında cənab Prezidentin rəhbərliyi altında itirilmiş torpaqlarımızın geri qaytarılması dekabrın 1-nə kimi təmin olunacaq və şanlı ordumuzun qüdrəti, döyüşkənliyi düşmən ölkəyə “gözdağı” olacaq.Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu, son 44 gün ərzində mədəniyyətimizin beşiyi hesab olunan Şuşa şəhərini, bir neçə rayonumuzu, çoxsaylı kənd və qəsəbələrimizi düşmən tapdağından birdəfəlik azad etdi.

Bütün bunları qeyd etməkdə məqsədim ondan ibarətdir ki, mən də bir vətəndaş olaraq ölkəmizin haqq işini müdafiə edirəm və cənab Prezidentin DQ probleminin həlli istiqamətində atdığı hər bir müdrik addımı dəstəkləyirəm. Sözsüz ki, Vətənini sevən, xalqına bağlı olan hər bir vətən övladının da üzərinə böyük yük düşür. Yəni, hər kəs bundan sonra da Qarabağ həqiqətlərini, erməni vandalizminin mahiyyətini, Ermənistanın terrorçu dövlət olmasını və s. bütün dünyaya çatdırmaq üçün əlindən gələni əsirgəməməlidir. Odur ki, hər bir Azərbaycan vətəndaşını bu yöndə mübarizəyə səsləyib, cənab Prezidentin müdrik siyasətini müdafiə etməyə, dövlətimizin, ordumuzun yanında olmağa dəvət edirəm. Artıq hər kəs əmin oldu ki, şanlı ordumuzun uğurlu döyüş əməliyyatları işğalçı Ermənistanın tam şəkildə məğlub olması ilə nəticələndi. Çünki, bizim mübarizəmiz haqq mübarizəsidir, ədalətin bərpası uğrunda apardığımız mübarizədir!

Eşq olsun xalqımıza! Eşq olsun Ali Baş Komandana! Eşq olsun qəhrəman Azərbaycan Ordusuna!Qarabağ Azərbaycandır!

Leyla Süleymanova
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi