"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi "QHT özəl sektor əməkdaşliği" mövzusunda dəyirmi masa keçirildi

gundem / sosial / cemiyyet
17 fev 2021
18:12
"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi "QHT özəl sektor əməkdaşliği" mövzusunda dəyirmi masa keçirildi
Ötən gün "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin təşkilatçılığı və özəl sektoru təmsil edən şirkət rəhbərlərinin iştirakı ilə şəhid ailələri və qazilərə diqqət və qayğının artırılması yönümündə "QHT özəl sektor əməkdaşliği" mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin İdarə heyətinin üzvləri çıxış edərək qeyd etdilər ki, Dövlət Başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi dövlət siyasətini rəhbər tutaraq QHT və iş adamları ilə bu cür xeyirxah məqsədli dəyirmi masa və tədbirlərin, birgə təşəbbüslərin mütəmadi olaraq keçirilməsinin vacibliyinə diqqət çəkərək, 44 günlük vətən müharibəsi dövründə torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərimizin ailələrinin qayğı və problemlərinin həlli istiqamətində mühüm qərarlar qəbul etmək, eyni zamanda bu Qələbə zəfərində böyük xidmətlər göstərmiş, sağlamlığını itirmiş qazilərin həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar iş adamları ilə birgə əməkdaşlıq çərçivəsində onların işlə təmin edilməsi, sağalmlıqları üçün lazımi ictimai dəstək tədbirlərinin davamlı şəkildə keçiriliməsinin vacibliyindən danışdılar.
Dəyirmi masada “Həkəri Co LTD” şirkətinin rəhbəri Fərail Quliyev çıxış edərək bildirdi ki, "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi ilə iş adamlarının sıx, səmərəli əməkdaşlığının nəticəsində şəhid ailələri və qazilərlə bağlı belə xeyirxah niyyətli birgə təşəbbüslərin keçirilməsi olduqca vacibdir. Şirkət rəhbəri çıxışında mövcut imkanlar çərçivəsində ölkəmizdə şəhid ailələri və qazilərə diqqət, dəstək, qayğı yönümündə “Vətən Müharibəsi” -lə birgə səmərəli əməkdaşlıq və işgüzar fəaliyyətə daima hazır olduqlarını bildirdi.

"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin Mətbuat Xidməti

Fərid Faiqoğlu

"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi "QHT özəl sektor əməkdaşliği" mövzusunda dəyirmi masa keçirildi
"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi "QHT özəl sektor əməkdaşliği" mövzusunda dəyirmi masa keçirildi
"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi "QHT özəl sektor əməkdaşliği" mövzusunda dəyirmi masa keçirildi
27.03.2024
12:47
Sabah 21° isti olacaq