Prezidentdən Erkan Özoralla bağlı - Sərəncam

gundem / siyaset
10 apr 2021
11:22
Prezidentdən Erkan Özoralla bağlı - Sərəncam
\


Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Erkan Özoral Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün səfir Erkan Özoralı qəbul edərək ona “Dostluq” ordenini təqdim edib.
17.05.2021
16:51
Yoluxma sayı azalır