Zelenski Yanukoviç və digər sabiq məmurlara qarşı sanksiyaları təsdiqlədi

gundem / dunya
10 apr 2021
12:10
Zelenski Yanukoviç və digər sabiq məmurlara qarşı sanksiyaları təsdiqlədi


Ukrayna Prezidenti Vladimir Zelenski keçmiş Prezident Viktor Yanukoviç, keçmiş Baş nazir Nikolay Azarov və Ukraynanın bir neçə sabiq məmuruna qarşı sanksiyaların tətbiq edilməsi barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyib.

Bu barədə “Gazeta.ru” xəbər verir.

“Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının 19 mart 2021-ci il tarixli “Şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi və ona dəyişikliklər edilməsi haqqında” qərarını qüvvəyə mindirmək”, - dövlət başçısının rəsmi saytında dərc olunmuş Fərmanın mətnində deyilir.

Məhdudlaşdırıcı tədbirlər Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviç, ölkənin sabiq Baş naziri Nikolay Azarov, sabiq təhsil naziri Dmitri Tabaçnik, sabiq müdafiə naziri Pavel Lebedev, həmçinin sabiq Baş prokuror Viktor Pşonka və digər məmurlara aiddir.

Bundan başqa, sanksiyalar Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Natalya Poklonskaya və Krım başçısı Sergey Aksenova qarşı tətbiq ediləcək.
17.05.2021
16:51
Yoluxma sayı azalır