Azərbaycanda iki məhkəmə sədri vəzifəsindən azad olunur

gundem / cemiyyet
18 may 2021
14:06
Azərbaycanda iki məhkəmə sədri vəzifəsindən azad olunur

Şirvan Apelyasiya Məhkəməsinin hakimi və sədri Rəşadət Ağayev vəzifəsindən azad ediləcək.

APA-nın məlumatına görə, bu barədə layihə Milli Məclisə daxil olub.

Layihəyə əsasən, o, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Bakı şəhər Nərimanov rayon məhkəməsinin hakimi və sədri Tofiq Paşayev isə Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin olunacaq.