Türkiyəli ekspert Vətən müharibəsi və Qarabağ zəfərindən kitab hazırlayır

gundem / cemiyyet
18 may 2021
16:33
Türkiyəli ekspert Vətən müharibəsi və Qarabağ zəfərindən kitab hazırlayır

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı məşhur təhlükəsizlik eksperti Abdullah Ağarı qəbul edib.

Bu barədə Cahit Bağçı “Twitter” hesabında yazıb.

“Səhər qəhvəmizi Abdullah Ağar bəylə içdik. Vətən müharibəsini və şanlı Qarabağ zəfərini qəhrəmanların dilindən kitab halına saldıqlarını söylədi. Müəllifin təcrübəsi və təhlilləri ilə tarixə şahidliyin qiymətli bir nümunəsi olacağına inanıram”, - deyə C.Bağçı bildirib.

Abdullah Ağar isə öz növbəsində sözügedən kitab barədə qeyd edib:
“Qəhrəman qardaşlarımızın şanına yaraşan bir əməklə bütün dünyaya qəhrəmanlıqlarını ən gözəl şəkildə anlatmağa çalışacağıq”.