Ramiz Əzizbəylinin dəfn ediləcəyi yer məlum oldu - YENİLƏNİB

gundem / medeniyyet
10 iyun 2021
12:01

Ramiz Əzizbəylinin dəfn ediləcəyi yer məlum oldu - YENİLƏNİB

Xalq artisti Ramiz Əzizbəyli Bakının "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Ramiz Əzizbəyli iyunun 9-da Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalda dünyasını dəyişib.

*** 20:10

Bu gün Xalq artisti Ramiz Əzizbəyli vəfat edib.

Bu barədə Xalq artistinin ailəsindən məlumat verilib.

O, bu gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Xalq artisi Ramiz Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.