Bakının iki rayonu susuz qaldı

gundem / sosial
19 iyun 2021
15:10
Bakının iki rayonu susuz qaldı

“Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb”.

Bu barədə məlumatı “Azərsu” ASC yayıb.

“Bakı Sukanal İdarəsinin qəza briqadası əraziyə cəlb olunub və qəzanın aradan qaldırılmasına başlanılıb”, - deyə “Azərsu” ASC-dən qeyd edilib.