İranda seçki qutularını daşıyan vertolyot qəzaya düşdü - Ölən və yaralananlar var

gundem / cemiyyet
19 iyun 2021
15:22
İranda seçki qutularını daşıyan vertolyot qəzaya düşdü - Ölən və yaralananlar var

İranda prezident və bələdiyyə seçkilərindən sonra səyyar səsvermə qutularını daşıyan vertolyot qəzaya uğrayıb.

Atatv.az “İRNA” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Ölən şəxsin hüquq-mühafizə orqanının əməkdaşı olduğu bildirilir.

Hadisə Xuzestan əyalətində baş verib.