Putin İbrahim Rəisini təbrik etdi

gundem / dunya
19 iyun 2021
15:57
Putin İbrahim Rəisini təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin İranda məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisini prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

Bu barədə məlumatı Rusiyanın Tehrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov təsdiqləyib. “Təbrik məktubu göndərilməsini təsdiq edirik”, - deyə Suslov qeyd edib.

İranın Moskvadakı səfirliyindən isə bildirilən məlumata görə, Putin Rəisini təbrik edərək, müxtəlif sahələrdə ikitərəfli konstruktiv əməkdaşlığın, habelə beynəlxalq məsələlərdə qarşılıqlı əlaqələrin gələcək inkişafına ümidvar olduğunu və bunun hər iki ölkənin mənafeyinə uyğun gəldiyini bildirib.

“RİA Novosti”