İlham Əliyev Goranboya getdi

gundem / siyaset
22 iyul 2021
17:43
İlham Əliyev Goranboya getdi

Prezident İlham Əliyev Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Dövlət başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib.

Dövlət başçısına yolun inşası ilə bağlı görülən işlər barədə məlumat verilib.