İlham Əliyev Çin liderinə başsağlığı verdi

gundem / cemiyyet
23 iyul 2021
12:44
İlham Əliyev Çin liderinə başsağlığı verdi

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu ünvanlayıb.

Başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Sədr,

Henan əyalətində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.