Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Milli Mətbuat günü qeyd olundu

gundem
23 iyul 2021
15:00
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Milli Mətbuat günü qeyd olundu

Azərbaycan Milli Mətbuat günü münasibəti ilə Respublika səviyəsində bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərin qayəsində Azərbaycan Mətbuatının şərəfli yoluna növbəti bir işığın salınması, mətbuatın keçmişi, indisi və gələcəyinin hərtərəfli öyrənilməsi əsas məsələ kimi gündəmdə saxlanıldı. Bu silsilə tədbirlərdən biri kimi Rusiya Xarici Ölkələrlə Əməkdaşlıq şurasının Bakı nümayəndəliyinin təşkilatçılığı ilə Rusiya İnformasiya və Mədəniyyət mərkəzində keçirilmiş mərasim xüsusilə yadda qaldı.

Mərkəzin rəhbəri Erik Xaydaroviç Zuidinov dəvət olunmuş qonaqları ürəkdən salamladı. Onlara yaradıcılıq müvəffəqiyəti arzulayaraq xüsusilə qeyd etdi ki, Azərbaycan-Rusiya münasibətlərinin belə yüksək səviyyədə olmasında jurnalistlərin də öz əməyi vardır. Onlar öz qələmi ilə mehriban qonşuluq münasibətlərinin formalaşmasında, iki ölkə arasında tarixi münasibətlərin davam etməsində səylərini əsirgəmirlər. Nümayəndəlik öz ənənəsinə sadiq qalaraq hər il olduğu kimi bu ildə bu istiqamətdə çalışan jurnalistlərin bir qrupunu mükafatlandırmaqla onlara fəxri fərmanlar təqdim edildi.

Mükafatlandırılanların arasında “Tarixi Şəxsiyyətlər” jurnalının baş redaktoru Xəlil Qarəhmədov da vardı. O cavab nitqində Rusiya Səfirliyinə, Rusiya İnformasiya və Mədəniyyət mərkəzində rəhbərliyinə öz təşəkkürünü bildirdi. Xüsusilə qeyd olundu ki, Rusiya-Azərbaycan münasibətləri bundan sonra yüksələn xətt ilə inkişaf edəcəkdir. Tədbirin sonunda mərasim iştirakçılarına ziyafət verildi. Milli mətbuat gününün növbəti il dönümü bu şəkildə qeyd olundu və tarixə çevrildi.

Rasafil Bayramov
“İctimai Xəbər Agentliyi” (MMC)
“ATATV.az” xəbər portalının rəhbəri