Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb

gundem / cemiyyet
3 avqust 2021
10:51
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb

2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 avqust 2021-ci il saat 23:59-dək davam edəcək.

Sənəd qəbuluna dair ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.
20.04.2024
12:11
Sabah 30° isti olacaq