İcra başçısı birinci müavinini işdən çıxarıb, daha aşağı vəzifəyə TƏYİN ETDİ

gundem / cemiyyet
6 avqust 2021
10:53
İcra başçısı birinci müavinini işdən çıxarıb, daha aşağı vəzifəyə TƏYİN ETDİ

Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, RİH-nin başçısı Faiq Qürbətovun əmri ilə, başçının birinci müavini Xanlar Məmmədov vəzifəsindən azad edilərək ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Faiq Qürbətovun digər əmri ilə, Azər Cəfərli RİH-nin başçısının birinci müavini təyin edilib.