Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri ilə görüşdü

gundem / siyaset
21 sen 2021
16:42
Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 21-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

“DP World” şirkətinin Azərbaycanda nəqliyyat, logistika və digər sahələrdə fəaliyyətinin perspektivləri müzakirə olunub.