Sabahdan hava şəraiti dəyişəcək - Yağış yağacaq, külək əsəcək

gundem / cemiyyet
21 sen 2021
17:50
Sabahdan hava şəraiti dəyişəcək - Yağış yağacaq, külək əsəcək

Sentyabrın 22-si axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda suluğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel kecəcəyi ehtimalı var.

Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.