Şəhid ailələrinə ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər edilsin - TƏKLİF

gundem / cemiyyet
23 noy 2021
12:54
Şəhid ailələrinə ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər edilsin - TƏKLİF

"Artıq əksər ictimai nəqliyyat vasitələrinda ödəniş nağdsız-kart sisteminə keçirilir".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatı Naqif Həmzəyev deyib. Deputat təklif edib ki, bu fürsətdən istifadə edərək ictimai nəqliyyatdan istifadə zamanı tələbə, şagird və müəllimlərə müəyyən güzəştlər tətbiq edilsin.

"Hətta şəhid ailələri və qazilər üçün də ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər tətbiq edilməsi sevindirici hal olar. Bu təcrübə bir çox ölkələrdə uğurla tətbiq edilir”.
27.03.2024
12:47
Sabah 21° isti olacaq