gundem / siyaset

İlham Əliyev ailəsi ilə Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev ailəsi ilə Heydər Əliyevin məzarını ziyarət etdi

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.

Bu gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilibi, məzarları üstünə gül dəstələri düzülüb.
11:02 | 12.12.2021
160