Erməni əsgər başından güllələndi

gundem / dunya
4 yan 2022
10:58
Erməni əsgər başından güllələndi

Ermənistanın Dərələyəz bölgəsində başından güllə yarası alan erməni hərbçinin meyiti tapılıb.

Atatv.az erməni mediasına istinadla xəbər verir ki, meyiti tapılan əsgər 2003-cü il təvəllüdlü Movses Aramayis Tadqosyandır. Faktı Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib.

18 yaşlı Tadqosyanı öldürməkdə ittiham olunan hərbçi yoldaşı saxlanılıb. Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.