Qarabağ tam televiziya yayımı ilə əhatə olunacaq

gundem / cemiyyet
27 yan 2022
11:54
Qarabağ tam televiziya yayımı ilə əhatə olunacaq

“Hazırda Qarabağın 35%-də televiziya yayımı var. Bu ilin sonuna qədər göstərici 100%-ə çatdırılacaq”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin 72%-də 2G, 40%-də 3G, 50%-də isə 4G şəbəkəsi var. Qarabağda genişzolaqlı internet şəbəkəsi yaratmaq üçün 1 400 km-lik fiberoptik kabelin çəkilməsinə start verilib. Biz artıq televiziyalarda rəqəmsal yayıma keçmişik. Radiolarda isə 2026-cı ilə qədər tam rəqəmsallaşmaya nail olmağı düşünürük”, - deyə o, əlavə edib.