Putin Türkiyəyə səfər edəcək

gundem / sosial
27 yan 2022
14:08
Putin Türkiyəyə səfər edəcək

“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfər etməklə bağlı dəvətini qəbul edib”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin prezidentlərin qrafiki və epidemioloji vəziyyət imkan verən kimi Türkiyəyə səfər edəcək.

Qeyd edək ki, Ərdoğan NTV kanalına müsahibəsində rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə dəvət etdiyini demişdi.