Pakistanda terror hücumu: 10 əsgər şəhid oldu

gundem / dunya
28 yan 2022
07:50
Pakistanda terror hücumu: 10 əsgər şəhid oldu

Qardaş ölkə böyük itki verdi: TERROR hücumunda 10 əsgər şəhid oldu.

Atatv.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Belə ki, Pakistanın Bəlucistan əyalətinin Keç bölgəsində hərbi şəhərciyə edilən hücumda 10 əsgər həlak olub.

Ordu rəsmilərinin sözlərinə görə, hücum nəticəsində 1 silahlı öldürülüb, çoxlu sayda terrorçu yaralanıb.

Qeyd edilir ki, terrorçuların tutulması üçün əməliyyata başlanılıb və indiyədək 3 silahlı yaxalanıb. Hücumun hansı qruplaşma tərəfindən həyata keçirildiyi açıqlanmır.

Mənbə: report.az