Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Bakı şəhər sədri şəhid ailələrinə baş çəkib

gundem / cemiyyet
24 mar 2022
20:53
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Bakı şəhər sədri şəhid ailələrinə baş çəkib

ATATV.AZ xəbər verir ki, Milli bayramımız olan Novruz bayramı münasibəti ilə Azərbaycan Türk Xalqları Qardaşlığı İB-nin Bakı şəhər sədri, tanınmış şair-publisist, yazıçı Nəcibə İlkin doğma şəhəri Tərtərə səfər edib.
Ata yurdu Sarovun kənd qəbiristanlığında dəfn olunmuş doğmalarını və vətən şəhidlərini ziyarət edərək Tərtər yolu boyunca Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımızın adına salınmış xatirə bulaqlarına və abidələrinə gül-çiçək dəstələri qoyub.
Nəcibə xanım bir çox şəhid ailələri ilə görüşmüş, görüş zamanı Azərbaycan-Türk Xalqları Qardaşlığı İB-nin rəhbərliyi və əməkdaşları adından şəhidlərin ailə üzvlərinə, doğmalarına başsağlığı verib. Həmçinin birliyin şəhid ailələrinə qayğısı, türkçülüyün inkişafı yönündə gördüyü və görəcəyi işlərdən söhbət açıb.

Rasafil Bayramov
İXA MMC, ATATV.AZ xəbər portalının və
ATXQ İB-nin mətbuat xidmətinin rəhbəri