Böyük Turan şairi

gundem / sosial / cemiyyet / musahibe
26 mar 2022
17:58
Böyük Turan şairiSolmaz Sirvanlı /Ədilova Solmaz Ağaxan qızı/ 1955--ci il fevralın 1-də Şamaxının Ovculu kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra doğulduğu kənddə əmək fəaliyyətinə başlamış, 1976-cı ildə "1975-Cİ İLİN YEKUNLARINA GÖRƏ" döş nişanı ilə təltif edilmiş və sovxozun göstərişi ilə mühasib ixtisasına yiyələnmək üçün oxumağa göndərilmişdir. Məktəbi FƏRQLƏNMƏ diplomu ilə bitirən Solmaz Ədilova mərkəzi muhasibat idarəsində işə başlamışdır. Tələbə kimi təhsil aldığı 1976-1977-ci illərdə ilk məqalələri və yazıları ilə rayonda dərc olunan "Yeni Şirvan" qəzetinin redaksiyası ilə sıx əlaqələri olmuş, daim müxtəlif səpkili yazılarla çıxış etmişdir. Ele o vaxtdan da rayon və respublika mətbuatının müxtəlif qəzetlərində müharibə veteranları və əmək qabaqcılları barədə, müxtəlif mövzularda yazılar yazaraq mətbuat səhifələrində çap etdirmişdir. Uzun müddət mərkəzi mühasibatlıqda məsul vəzifələrdə çalışmış,1994-1996- cı illərdə yazdığı şeirlərini çap etdirmək arzusu onu İsmayıllıya - ustad şair Musa Yaqubun redaktoru olduğu "CAVANŞİR YURDU" qəzetinə gətirmiş və qəzetdə işlədiyi müddətdə həm də Rayon Radio Qovşağı ilə əlaqə saxlayıb ardıcıl yazılar və şəhidlər barədə hazırladığı materiallarla çıxışlar etmiş, rayonda keçirilən bütün tədbirlərə dəvət almışdır. Ailə vəziyyəti ilə əlaqədar Şamaxıya qayıtmış, Şamaxı rayon Qadınlar Şurasının xətti ilə keçirilən tədbirlərdə müntəzəm olaraq iştirak etmişdir. Bununla yanaşı, dəfələrlə bölgələrə səfər edərək "N" saylı hərbi hissələrdə əsgərlər qarşısında vətənpərvər şeirləri ilə çıxışlar etmiş, elə o vaxtdan da Şamaxı və İsmayıllıda keçirilən tədbirlərdə dilə gətirdiyi vətən sevgisi, şəhidlər və digər mövzularda şeirləri onu xalqa sevdirmisdir.
Solmaz Ədilova hələ kiçik yaşlarından aşıq musiqisinə, xalq dastanlarımıza bağlı olmuş, aşıq musiqisi və kitabları onun könül həmdəminə çevrilmişdir. Sifahi xalq ədəbiyyatından bəhrələnmiş şairə ilk şeirini anasını vaxtsız itirdikdən 40 gün sonra- 1984-cü ilin iyun ayında qələmə almışdır. Şeir aləminə gəldiyi günə kimi daim rayon və respublika mətbuatında müxtəlif səpkili yazıları cap olunmuş, ilk şeiri isə İsmayıllıda şair Musa Yaqubun redaktoru olduğu "Cavanşir yurdu" rayon qəzetində nəşr edilmişdir.
Uzun illərdir ki, YAP-ın üzvüdür. 2003-cü ildə keçirilən "AZƏRBAYCAN QADINLARININ ll-ci QURULTAYININ" nümayəndəsi olmuşdur.2004-2014-cü illər Bələdiyyə seçkilərində iki dəfə yüksək səs toplamış, kənd bələdiyyəsinin sədr müavini vəzifəsində çalışmışdır.
Solmaz xanım İki kitab müəllifidir. "TANRIM MƏNƏ QƏM QIYIB" adlı ilk şeirlər kitabı 2002- ci, "SEVGİ DUYĞULARI" adlı ikinci şeirlər
kitabı isə 2019-cu ildə çap olunmuşdur. Neçə- neçə seçilmiş şairlər antologiyasında, Türkiyənin Sivas şəhərində çap edilən "Seçkin Şairlər. 9-cu Antoloji" də, 2018-ci ildə ASKEF-də çap olunan "Antoloji"də, 2020-ci ildə İzmirin Manisa şəhərində dərc olunan Gündüz Aydının "ÖNCƏ VƏTƏN" HECA ŞAİRLƏRİ ANSİKLOPEDİSİ" KİTABINDA, "ZİRVƏ" antologiyasında, 2019-cu ildə "Nəsimi" poeziya almanaxında, dəfələrlə "XƏZAN" ədəbi-bədii jurnalında, Türkmənistanın "TÜRKMƏN YAZARI" dərgisində şeirlərlə çıxış etmişdir. ÇANAQQALA savaşının 103-cü ildönümü münasibəti ilə BAĞDAD şəhərində xüsusi hazırlanmış buraxılışda "VƏTƏN SARI", ƏlCƏZAİRDƏ "ARXA" qəzetində "GÖZLƏRİM" başlıqlı şeirləri çap edilmişdir. "TÜRKMƏN YAZARI" dərgisində mütəmadi olaraq şeirlər nəşr etdirdiyinə görə 2018-ci ildə dərginin "TƏQDİRNAMƏ"si ilə təltif olunmuş, "İRAQ-TÜRKMƏN ƏDƏBİYYATÇILAR ÖRGÜTÜ"nün "FƏXRİ ÜYELİK KİMLİGİ"-ni almışdır. "KOMMUNİST", "XALQ qəzeti", "BÜTÖV AZƏRBAYCAN", "AZƏRBAYCAN DÜNYASI", "ŞİRVAN", "CAVANŞİR YURDU", "MÜSTƏQİL", "ƏSRİN ZİYALISI", "REAL-PRESS", "ULU ZİRVƏ" "SƏFFAFLIQ", "ŞƏFFAFLIQ və PAKLIQ", "HAQQIN SƏDASI", "UĞURLU YOL", "OXU MƏNİ", "İSMAYILLI XƏBƏRLƏRİ", "TALİSMAN", "ELM və TƏHSİL", "MƏDƏNİ İRS", "YURD" ədəbi-bədii jurnallarında, "HƏKƏRİ" İCTİMAİ-SİYASİ hüquq qəzetində, Cənubi Azərbaycanda çap olunan "Saqiye-Azərbaycan " ruznaməsində çoxsaylı şeirləri, Cənubi Azərbaycanda USTAD ŞƏHRİYARIN ADINI DAŞIYAN ƏDƏBİ DƏRNƏYİN XƏTTİ İLƏ çap olunan "NƏĞMƏ HAYE ƏRĞƏVANİ", yəni "AL NƏĞMƏLƏR: QANLI NƏĞMƏLƏR" KİTABINDA İSƏ "MƏNƏ XANIM DEMƏYİN " adlı şeiri çap olunmuşdur. Müxtəlif mövzularda yazıları və şeirləri tez-tez gündəlik mətbuatda qəzet və jurnallarda nəşr olunur. Bundan başqa şeirləri "XƏBƏRAL" AZ, "KƏND" İNFO.AZ, "DJB"-nin, "ZİM-AZ", "DÜNYA XƏBƏR.İNFO", ARAS-İNFO", AzgundemAz", "TURAZTV.AZ SAYTLARINDA, TÜRKİYƏNİN "KAFİYE"NET RADİOSUNDA "YENİ VEZİN" DƏRGİSİNDƏ dəfələrlə izləyicilərə təqdim olunmuş, digər saytlarda və portallarda da yerləşdirilmişdir. Dəfələrlə televiziya kanallarında və dövlət radiosunda çıxışlar etmişdir, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq şeirləri ilə izləyicilərin görüşünə gəlmişdir. Vətənimizin hüdudlarından uzaq Türkmənistan mətbuatında, Türkiyədə şeirləri dərgilərdə çap olunmaqla yanaşı, dəfələrlə radio və televiziya verilişlərində etdiyi çıxışlar dünyaya yayımlanmış, necə- necə şeirlərinə mahnılar bəstələnmişdir. "Bilə-bilə", "Sən qayıtmadın", "Bir bəzəkdir elə Şırvan", "SƏN NİYƏ ÖYRƏTDİN ÖZÜNƏ MƏNİ", "QURBAN DEYƏRƏM", "YAŞAYIRAM". "QAYIDAM", "QARABAĞ MƏNİMDİR", "SƏHİD LAYLASI, ANA LAYLASI" "KONLÜM", "DƏNİZ QIZIM", "SÖZ OLMASAYDI", "DEYİL", "SÖZLƏ UCALMIŞAM" adlı şeirləri mahnıya çevrilmişdir. Azərbaycan Aşıqlar və Azərbaycan Jurnalistlər Birliklərinin, İraq-Turkmən Ədəbiyyatı Yazarlar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, eləcə də Şamaxıda "Beytüs-Səfa" və "Dağ Çiçəkləri", "Sazlı-sözlü Borçalı" ədəbi məclislərinin üzvüdür. "YURD" ədəbi-bədii jurnalının xüsusi müxbiri, "HƏKƏRİ" QƏZETİNİN ŞÖBƏ MÜDİRİDİR. Turkiyənin "ANASAN" Anadolu Sanatçılar və Bilim Adamları Birliyinin Şamaxı-Azərbaycan təmsilçisi, QARABAĞ AZADLIQ TƏŞKİLATININ "SAMAXI" RAYON BÖLMƏSİNİN sədridir. "Əsrin ziyalısı" qəzetinin "ƏSRİN ZİYALISI, İLİN ŞAİRİ" Diplomu ilə, "Ədalət yolu" İctimai-siyasi hüquq qəzetinin "FƏXRİ DİPLOM"u ilə, "QIZIL QƏLƏM", "AZƏRBAYCAN BAYRAĞI", "NƏSİMİ-650" poeziya diplomu, "İgidliyə görə" medalı və ŞƏHİD ŞÖHRƏT HƏSƏNOV adına "DİPLOM"la təltif olunmuşdur. Bundan başqa Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınmasında xidmətlərinə görə "XOCALI SOYQIRIMINI TANITMA" İCTİMAİ BİRLİYİ-nin diplomuna, "Aprel döyüşləri" layihəsində şəhidlərə həsr etdiyi şeirlərə görə "MƏHSƏTİ GƏNCƏVİ" adına diploma layiq görülmüşdür. Turkiyədə iki dəfə "TÜRKİYƏ SEVDASI" və "ŞEBİNGÜLÜ DOSTU" diplomlarını, "İRAQ-AZƏRBAYCAN" MƏDƏNİ ƏLAQƏLƏR CƏMİYYƏTİNİN diplomunu və bir neçə digər diplomlar almış, eləcə də mükafatlandırılmışdır.
Solmaz Ədilova müxtəlif səpkilərdə şeirlər yazır. 2017- çi ilin may ayında Türkiyənin Adana şəhərində III ULUSLARARASI ŞİİR-MUZİK FESTİVALINDA iştirak etmiş, "OYAN VƏTƏN OĞLU" şeiri ilə çıxış edib diplomlarla qayıdan şairə Böyük Turan eli Qardas Türkiyəyə saysız şeirlər ithaf etmişdir. Dəfələrlə möhtəşəm tədbirlərə dəvət almasına baxmayaraq, səhhəti ucbatından, əfsuslar olsun ki, bu tədbirlərin bir çoxunda iştirak edə bilməmişdir.
Ürəyi əsrin faciəsi olan Qarabağ dərdi ilə alışan iti qələm sahibi vətənpərvərlik mövzusunda şeirləri ilə daim gündəmdə olan qələm sahibidir. 2020-ci ilin fevral ayında QARABAG AZADLIQ TƏŞKİLATININ "AZAD QARABAĞ UGRUNDA MÜCAHİD", 30 illik QARABAĞ həsrətinə, 44 günlük Qarabağ savaşında canını fəda edən şəhidlərin xatirəsinə yazdığı saysız şeirlərə görə "YURD"JURNALI TƏRƏFİNDƏN "İLİN VƏTƏNPƏRVƏR ŞAİRİ" diplomları ilə mükafatlandırılmışdır. Vətən şəhidlərinin xatirəsinə həsr etdiyi "SƏHİD LAYLASI-ANA LAYLASI" adlı şeiri 2020-ci ilin dekabr ayında dünya şöhrətli müğənni Yaqub Zurufçunun xahişi ilə yazılmış və bəstələnmişdir. Həmin mahnının sözləri və musiqisi ürəyi oğul dağlı analara ən böyük ərməğan olmuşdur.
15 May 2021-ci ildə CƏNUBİ AZƏRBAYCANDAKI 45 MİLYONLUQ SOYDAŞIMIZA XİDMƏT EDƏN "USTAD ŞƏHRİYAR" ƏDƏBİ DƏRNƏYİNİN SƏRƏNCAMI İLƏ "XALQ ŞAİRİ" adına layiq görülmüş və ONA "AYNAZ CƏVAHİR KƏLAM" TƏXƏLLÜSÜ verilmişdir. O taylı, bu taylı azərbaycanlılar arasında illərin sınağından keçmiş "KÖRPÜ" TELERADİO JURNALININ ƏMƏKDAŞI VƏ ÜZVÜDÜR.
Bu gün "MƏN ŞİRVANIN SƏSİYƏM"- deyən Solmaz xanımı yaşadan yalnız ürəyindəki sonsuz vətən sevgisi və şeirləridir. Şairə bu yaxınlarda "AZƏRBAYCAN TÜRK XALQLARI QARDASLIĞI" İCTİMAİ BİRLİYİNİN ŞAMAXI RAYON ŞÖBƏSİNİN SƏDR MÜAVİNİ SEÇİLMİŞDİR. Gəlin bu yolda Solmaz xanıma uğurlar diləyək, ona can sağlığı arzulayaq!!!

RASAFİL BAYRAMOV,
İCTİMAİ XƏBƏR AGENTLİYİ (MMC) və ATATV.AZ- XƏBƏR PORTALININ RƏHBƏRİ